Füzuli rayon sakini Lənkəranda avtomobil qaçırıb

  • SpaceTV
  • 10 Avqust 2020 14:25

Füzuli rayon sakini Lənkəranda avtomobil qaçırıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan həmin şəxsin üzərindən narkotik vasitə də aşkarlanıb

Space TV xəbər verir ki, Lənkəran rayonun Liman şəhər sakinin “VAZ-2107” markalı avtomobili naməlum şəxs tərəfindən qaçırılıb. O, bununla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini İlqar Aslanov müəyyən edilərək saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə sayılan metamfetamin və heroin aşkar edilərək götürülüb. Oğurlanmış avtomobil də tapılaraq sahibinə qaytarılıb. Faktla bağlı araşdırma aparılır.

Rövşən Almasoğlu

Space

Paylaş

 Xəbəriniz olsun