“Fitch”: Koronavirus epidemiyasının böyüməsi neftə tələbatı azalda bilər

  • Space TV
  • 4 Fevral 2020 11:00

Beynəlxalq kredit qabiliyyətinin qiymətləndirilməsi qurumu “Fitch Ratings” koronavirus epidemiyası böyüyəcəyi halda, dünyada neftə tələbatın azala biləcəyini açıqlayıb.

“Hürriyet”in məlumatına görə, beynəlxalq reytinq agentliyi sözügedən vəziyyətin Braziliya, Norveç və ABŞ kimi neft istehsalını artıran ölkələrdə “artıq istehsal” həcminin yüksəlməsinə səbəb olacağını da qeyd edib.

Neft sektorunda yaranan artıq istehsalın təsirləri isə virus epidemiyasının nə qədər davam edəcəyindən və OPEC ölkələrinin istehsal səviyyəsini yenidən tənzimləmək qabiliyyətindən asılı olacaq.

“2020-ci ildə geosiyasi gərginliklər və iqtisadi qavrayışdakı əhəmiyyətli aparıcı ünsürlərin fonunda neft qiymətlərinin dəyişkənliyini qorumasını gözləyirik”, – “Fitch Ratings”dən bildirilib.

Paylaş

 Xəbəriniz olsun