“Fitch”: Azərbaycanda bankların vəziyyəti digər MDB ölkələrindən yaxşıdır

  • Space TV
  • 2 Dekabr 2020 17:10

“MDB ölkələrindən Rusiya, Belarus, Gürcüstan və Ermənistanda bank sektoru ilə bağlı proqnozun “Mənfi” olması bu ölkələrin ümumi iqtisadi proqnozunun “Mənfi” olması ilə nəticələnib”.

Spacetv.az xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin MDB məkanı ilə bağlı açıqladığı hesabatda bildirilir.

Bununla belə, sənədə əsasən, regionun digər 4 ölkəsi – Azərbaycan, Qazaxıstan, Ukrayna və Özbəkistanda bankların vəziyyəti yaxşıdır və bu ölkələrə “Müsbət” iqtisadi proqnoz verməyə imkan yaradır. “Məsələn, Ukrayna və Özbəkistanda bank sektorun ilə bağlı proqnoz onların suveren reytinqinə güzgü tutur. Azərbaycan və Qazaxıstanda isə bankların ölkələrin mənfəət buferinin əhəniyyətli hissəsini təşkil edir”.

Paylaş

 Xəbəriniz olsun