Finlandiyanın xanım Baş Nazirindən təklif: Həftədə 4 gün iş olsun

  • Space TV
  • 6 Yanvar 2020 16:11

Finlandiyanın yeni Baş Naziri Sanna Marin ölkəsində həftədə 4 gün, 6 saatlıq iş rejiminə keçmək istədiklərini bildirib.

SPACE TV  xəbər verir ki, “ən gənc ikinci hökumət lideri” statusuna sahib olan Baş Nazir “iş həyatında hər kəs üçün bir sonrakı addım” kimi xarakterizə etdiyi sistemi həyata keçirmək üçün işə başlayıb.

Finlandiya vətəndaşlarının daha az işləməsinə icazə verilməsinin vacibliyini vurğulayan Sanna Marin “insanların ailələrinə, sevdiklərinə, hobbilərinə və mədəni həyatın digər istiqamətlərinə daha çox vaxt ayırmağa layiq olduqlarına inanıram” deyə, qeyd edib.

Qeyd edək ki, Sosial Demokratlar Partiyasının lideri nəqliyyat naziri olduğu dövrdə də daha qısa iş müddəti fikrini müdafiə edib.

Paylaş

 Xəbəriniz olsun