Filippində tufan 17 nəfərin həyatına son qoydu

  • Space TV
  • 4 Dekabr 2019 11:04

Filippində “Tisoy” tufanı nəticəsində 17 nəfər həyatını itirib.

TASS agentliyi xəbər verir ki, zamanında edilən inzibati müdaxilələr nəticəsində daha çox insan itkisinin qarşısını almaq mümkün olub.

Dövlət orqanlarının xəbərdarlığından sonra yarım milyon insan evlərini tərk edib. 

Təbii fəlakət daha çox Sorsoqon ərazisinə ziyan vurub. Paytaxt Manilada üç körpüdə hərəkətə qadağa qoyulub. Ötən gün isə paytaxtda yerləşən ölkənin əsas beynəlxalq aeroportu bağlanıb. 

“Tisoy” bu il Filippinə düşən sayca 20-ci tufandır. 

Paylaş

 Xəbəriniz olsun