FIFA prezidenti Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıla bilər

  • Space TV
  • 5 Noyabr 2020 10:29

Oktyabrın 26-da Beynəlxalq Olimpiya Komitəsinə (IOC) bu yay İsveçrədə barəsində cinayət işi açılan FIFA prezidenti Canni İnfantino ilə bağlı şikayət daxil olub.

Spacetv.az “Le Monde” nəşrinə istinadən xəbər verir ki, müraciət 2017-ci ildə futbol agentlərinin qanunsuz fəaliyyətlərinin araşdırılmasına başlayan” “Sport 7” şirkətinin vəkili Filip Rents tərəfindən edilib.

Şikayətdə italiyalı funksionerin Olimpiya xartiyasının bir neçə bəndini pozduğu üçün dərhal IOC-nin İcraiyyə Komissiyasına üzvlükdən çıxarılması xahiş olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, xidməti sirlərin pozulmasında və cinayət istintaqının aparılmasına mane olmaqda ittiham olunur.

Qeyd edək ki, Canni İnfantino 2020-ci ilin yanvarından Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komissiyasının üzvüdür.

Paylaş

 Xəbəriniz olsun