FIFA “ofsayd” qaydalarını dəyişir

  • Space TV
  • 4 Yanvar 2020 15:08

FIFA oyundan kənar vəziyyət qaydalarında ciddi dəyişiklik edəcək.

SPACE TV  xəbər verir ki, “ofsayd” rəqib futbolçunun bütün bədəni müdafiəçidən irəlidə olduqda və onlar arasında aydın məsafə qeydə alındığı zaman tətbiq olunacaq.

Beynəlxalq Futbol Assosiasiyaları Şurası fevralın 29-u yeni qaydanı qəbul edəcək. İndiki ofsayd qaydaları 1990-cı ildə qəbul olunub.

Paylaş

 Xəbəriniz olsun