FIFA-nın keçmiş prezidentinə cinayət işi açıldı

  • Space TV
  • 22 Dekabr 2020 14:40

İsveçrənin Sürix şəhərində yerləşən FIFA muzeyinin layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar təşkilatın keçmiş prezidenti Jozef Blatterə qarşı yerli prokurorluqda cinayət işi açılıb.

Spacetv.az “Associated Press”ə istinadən xəbər verir ki, 84 yaşlı funksioner və onun seçdiyi şirkətlər qanun pozuntularına yol verməkdə şübhəli bilinir.

FIFA Muzeyi 2016-cı ildə açılıb. Açılış 1 il tez nəzərdə tutulsa da, Blatterin FİFA prezidentliyindən getməsinə səbəb olan korrupsiya qalmaqalı səbəbindən təxirə salınıb.

Paylaş

 Xəbəriniz olsun