FIFA-dan Rusiyanın dünya çempionatından kənarlaşdırılmasına – MÜNASİBƏT

  • SpaceTV
  • 9 Dekabr 2019 18:24

Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin çıxardığı qərar futbola da şamil oluna bilər.

SPACE TV  xəbər verir ki, FIFA Rusiyanın dörd il müddətinə Olimpiya Oyunları və dünya çempionatlarından kənarlaşdırılmasına münasibət bildirib.

Qurumdan bildirilib ki, qadağanın futbola şamil olunub-olunmayacağı təşkilatlar arasında müzakirələrdən sonra bəlli olacaq: “WADA-nın İcraiyyə Komitəsinin çıxardığı qərar FIFA-nın diqqətindədir. Sanksiyanın futbola mümkün tətbiqi ilə bağlı WADA və Yay Olimpiya Beynəlxalq Federasiyaları Assosiasiyası ilə əlaqədəyik”.

Qeyd edək ki, Rusiya dörd il müddətində dünya çempionatlarını qəbul etmək, belə yarışların təşkili üçün sifariş vermək, Olimpiya Oyunları və dünya çempionatlarında öz milli bayraqları altında çıxış etmək hüququndan məhrum edilib.

Paylaş

 Xəbəriniz olsun