FİFA 2021-ci ilin transfer hesabatını açıqlayıb

  • Space TV
  • 18 Fevral 2021 10:24

FİFA yanvar ayında həyata keçirilən futbolçu keçidləri əsasında cari il üçün ilk transfer hesabatını açıqlayıb.

“Haber Global”ın məlumatına görə, son transfer pəncərəsində 145 əcnəbi oyunçunu yerli çempionata gətirən İspaniya ən çox xarici transferə imza atmış ölkələr arasında birinci pillədə qərarlaşıb. Portuqaliya 143 beynəlxalq tranferlə ikinci, İngiltərə isə 140 xarici tranferlə üçüncü olub.

Maraqlıdır ki, siyahıda dördüncü yeri 123 əcnəbini ölkə çempionatına gətirən Türkiyə tutub. Beynəlxalq transferlərə xərclənən vəsait baxımından qardaş ölkə onuncu yerdə qərarlaşıb. Bu sahədə ilk üçlüyü isə İngiltərə (130.5 milyon dollar), İtaliya (106.4 milyon dollar) və Almaniya (68.7 milyon dollar) təşkil edib.

Hesabatda beynəlxalq transfer xərclərinin 50%-dək azalması da qeyd olunub. Ötən ilin müvafiq dövründə xarici transferlərə 1.16 milyard dollar xərcləyən klublar, bu ilin eyni zaman kəsiyində öz xərclərini 590 milyon dollaradək azaldıb.

Paylaş

 Xəbəriniz olsun