FIFA ən yaxşı baş məşqçi adına namizədləri açıqladı

  • SpaceTV
  • 25 Noyabr 2020 13:58

FIFA-nın versiyasına əsasən ilin ən yaxşı baş məşqçisi adına nazimədlər bəlli olub.

Spacetv.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İngiltərənin “Lids Yunayted” komandasından Marselo Byelsa, Almaniya “Bavariya”sından Hans Flik, İngiltərə “Liverpul”undan Yurgen Klopp, İspaniya “Sevilya”sından Xulen Lopetegi və İspaniya “Real Madrid”dən Zinəddin Zidan iddia edir.

Qeyd edək ki, “The Best” mükafatı dekabrın 17-də təqdim ediləcək. Tədbir onlayn formatda təşkil ediləcək. Səsvermə 25 noyabr – 9 dekabrda gerçəkləşəcək.

Paylaş

 Xəbəriniz olsun