FIDE reytinqi: Məmmədyarov Rəcəbovu keçdi

  • SpaceTV
  • 30 Sentyabr 2020 15:25

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Spacetv.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov 4 pillə irəliləyərək 7-ci sıraya yüksəlib. Onun aktivində 2 770 xal var.

2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 1 pillə geriləyib və 10-cu yerdə qərarlaşıb.

Qədir Hüseynov 2 665 xalla 73-cü, Nicat Abbasov 2 664 xalla 75-cidir. Onların hər ikisi 2 pillə geriləyiblər. 2 654 xalı olan Rauf Məmmədov isə 91 – 93-cü yerləri bölüşdürür.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 863 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 828 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.

Qadınlardan Günay Məmmədzadə 2 443 xalla 28-ci pilləyə yüksəlib. 2 382 xala malik Gülnar Məmmədova 73-cü sırada yer alıb. 2 376 xalı olan Xanım Balacayeva isə 1 pillə irəliləyərək 82-ci sırada qərarlaşıb.

Paylaş

 Xəbəriniz olsun