“Fiat” və “Peugeot” avtomobil markaları birləşib

  • Space TV
  • 18 Dekabr 2019 14:26

İtaliyanın məşhur avtomovil markası – “Fiat”ın istehsalçısı “Fiat Chrysler Automobiles NV” şirkəti və Fransanın tanınmış avtomobil brendi – “Peugeot”nun istehsalçısı “PSA Group” birləşmək barədə müqavilə imzalayıb.

SPACE TV xarici mətbuata istinadən xəbər verir ki, müqaviləyə əsasən, şirkətlərin hər birinin 50% paya malik olacağı iri müəssisə yaradılacaq. Bu proses azı 1 il çəkəcək.

Bu sövdələşmə iş adamlarına ildə 3,7 milyard avro vəsaitə qənaət etməyə, ildə 8,7 milyon ədəd avtomobil istehsal etməyə imkan verəcək. Yeni şirkətin büdcəsi isə 170 milyard dollar təşkil edəcək ki, bu da dünya üzrə 4-cü yer deməkdir

Paylaş

 Xəbəriniz olsun