FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə müraciət edib

  • Space TV
  • 25 Dekabr 2019 13:13

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən SPACE TV -ə bildirilib ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

– Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

– İşıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

– Ağac tezalışan oyuncaqla bəzədilməməli;

– Qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

Bayram şənliyində bunlar nəzərə alınmalıdır:

– Şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

– Şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

– Pəncərədə dəmir barmaqlıq olmamalı;

– Məkanın iki çıxışı olmalı;

– Ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

– Otağın qapıları mütləq bayıra açılmalı;

– Məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

– Şənlikdə işıq tam söndürülməməli;

– Şənliyə tezalışan materialdan paltar geyinilməməli;

– Məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Nazirlik təhlükə zamanı 112-yə zəng etməyi xahiş edib. 

Paylaş

 Xəbəriniz olsun