Fövqəladə Hallar Nazirliyi Şəmkirin Sarıtəpə kəndində baş verən bu qəza ilə bağlı məlumat yayıb.
Space TV -nin məlumatına görə , FHN-nin “112” qaynar telefon xəttinə hadisə ilə bağlı məlumat daxil olub və dərhal hadisə yerinə xilasedicilər göndərilib. cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən sərnişin avtobusunda sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti və müxtəlif xəsarətlər alan 4 nəfər sərnişin xilas edilərək aidiyyəti üzrə təhvil verilir.