FHN-nin həkimləri 100 nəfəri koronovirus şübhəsi ilə xəstaxanaya təhvil verdilər

  • Space TV
  • 25 Aprel 2020 17:01

4 apreldən Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisinə quru və hava yolu ilə giriş-çıxış tam dayandırılsada yük daşımalarına bu qadağalar  şamil olunmadı.

Ölkəmizin Rusiya,İran və Gürcüstanla sərhəd-keçid məntəqələrində FHN tərəfindən yaradılmış 6  qəbul-çeşidləmə məntəqəsində xaricdən ölkəmizə gələn yük maşınlarının sürücü və sərnişinlərinin ilkin həkim müayinəsindən keçiriməsi və yüklər aidiyyəti üzrə təhvil verilənədək müvəqqəti olaraq qəbul-çeşidləmə məntəqələrində saxlanılması istiqamətində fəaliyyət göstərirlər.

FHN –nin baş əməliyyat idarəsinin rəis müavini Ələsgər Əbiyev deyir ki, bu günə kimimüayinəyə cəlb edilənlərin sayı8000 nəfərdən artıq olub, onlardan 100 nəfərdə infeksiyaya yoluxma şübhəsiaşkar edildiyi üçün xüsusi müalicə məntəqələrinə göndərilməsi təmin edilib

Həmçinin, yük avtomobillərinin sürücüsü olan xariciölkə vətəndaşlarında hər hansı yoluxma şübhəsi aşkar olunduğu təqdirdə həminşəxslər dərhal sərhəddən geri qaytarılır.Digər hallarda isə xarici ölkə vətəndaşıolan sürücülər yüklərini yerli şirkətlərin nümayəndlərinə təhvil verirlər

Həmçinin, tranzit olaraq ölkə ərazisindən keçən yük avtomobillərininsürücüləri də, bir qayda olaraq, həkim müayinəsinə cəlb edilirlər.Hazırda məntəqələrdə müvəqqəti qalan yük avtomobili sürücüləri gündə 3 dəfə olmaqla isti yeməklədə təmin edilir.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun