FHN “EuroHome”da baş verən yanğınla bağlı məlumat yayıb

  • Space TV
  • 10 Dekabr 2019 10:10

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən SPACE TV-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun