Feyxoa yığımına başlanılıb

  • SpaceTV
  • 8 Oktyabr 2019 16:39

Astaranın Kijəbə qəsəbəsində sitrus bağlarının çox hissəsini feyxoa bağları təşkil edir. Hazırda ilkin olaraq tez yetişən Svetlıy, Nikitskiy və Pervenets  sortları dərilir. Təsərrüfatçılar ötən illə müqayisədə bu il məhsuldarlığın yüksək olduğunu deyirlər.Qəsəbə sakinlərinin əsas dolanışıq mənbəyi sitrusçuluqdur. Hazırda cavan ağaclardan 20, bir az yaşlı ağacların hər birindən isə 50-60 kiloqram feyxoa yığa bilirlər. Yığılan məhsulun əksəriyyəti Rusiya bazarlarına göndərilsə də, məhsulunu paytaxt bazarlarında satışa çıxaranlar da az deyil.Qiymətlərə gəldikdə isə, məhsul çeşidlərə ayrılır. Feyxoanın xırda və iri məhsullarının topdan satış qiyməti bir müddət əvvəl baha idi, lakin məhsul artdıqca qiymətlər də ucuzlaşmağa doğru gedir.

 Xatırladaq ki, ötən il Astaranın sitrus bağlarına kütləvi şəkildə ziyanvericilər yayılmışdı. Fermerlər də onlarla mübarizə aparmaqda aciz idilər. Təsərrüfatçıların sözlərinə görə, onların daxili imkanları hesabına problemin aradan qaldırılmasının mümkünsüz olduğu nəzərə alınaraq dövlət tərəfindən ziyanvericilərlə mübarizə aparmaq üçün xüsusi briqadalar yaradıldı. Bu isə öz növbəsində cari ildə sitrus bağlarının ziyanvericilərdən təmizlənməsinə və məhsuldarlığa öz müsbət təsirini göstərib.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun