Fevral ayında dəm qazından zəhərlənənlərin sayı açıqlandı – RƏSMİ

  • Space TV
  • 10 Fevral 2021 12:03

Fevral ayının ilk 10 günü ərzində dəm qazından zəhərlənmə ilə bağlı 26 müraciət olub.

Spacetv.az xəbər verir ki, bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

Həkim bildirib ki, bu müddət ərzində dəm qazından zəhərlənmə ilə bağlı şöbəyə müraciət edənlərdən 14 nəfəri stasionar müalicəyə götürülüb:

“Dəm qazından zəhərlənən 14 nəfərdən dördü azyaşlı olub. Bundan başqa Toksikologiya Şöbəsinə sirkə turşusundan zəhərlənən üç nəfər qəbul olunub. Təəssüf ki, onlardan birinin vəziyyəti hələ də ağırdır. Dərman zəhərlənməsi ilə 12 nəfər müraciət edib, onlardan ikisi azyaşlı olmaqla doqquz nəfər şöbəyə qəbul olunub. 

Daha altı nəfər isə sərxoş halda mərkəzə müraciət edib. Onlara da həkimlər tərəfindən məsləhət verilərək evə yola salınıb”.

Həkim fevralın ilk 10 günündə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilən xəstələr arasında ölüm halının qeydə alınmadığını qeyd edib.

Paylaş

 Xəbəriniz olsun