Fermerlərin su problemi

  • Space TV
  • 17 Dekabr 2019 18:07

Abşeron  rayonu ərazisində uzun illərdir ki, fəaliyyət göstərən bu yataqlar vaxtilə dövlət tərəfindən çəkilmiş sudan lazımi qaydada istifadə ediblər. 100-dən çox fermerə məxsus bu yataqlarda il boyu su sarıdan çətinlik çəkirlər.

Fermer Seyran Kərimov deyir ki, su xəttləri sıradan çıxdığı üçün sözügedən əraziyə suyun verilişi illərdir ki, dayandırılıb. Məcburiyyət qarşısında qalan fermerlər istər içməli, istərsə  də texniki təyinatlı suyu bir neçə qat baha qiymətə almalı olurlar. Maşınlarla gətirilən sudan həm özləri istifadə edir, həm də minlərlə mal- qaranı içməli su ilə təmin edirlər. Təssüf ki, bəzən kilometrlərlə uzaq məsafədən gətirilən su vaxtlı – vaxtında bu yataqlara çatmır, bu da bəzən hətta  mal-qaranın tələfatına səbəb olur.

Hətta bəzi fermerlər su problemi üzündən fəaliyyətlərini dayandırmağa məcbur olublar. Susuzluqdan əziyyət çəkən fermerlərin sözlərinə görə yataqlara əvvəlki qaydada yenidən suyun bərpası mümkündür

Meliorasiya və Su Təsərrüfatı açıq Səhmdar Cəmiyyətin Qobustan Qış otlaqlarının su təminatı sistemlərinin istismar idarəsinin rəisi Rövşən Pənahov deyir ki, sözügedən əraziyə  suyun verilişinin  dayandırılmasının  səbəbi uzun illərdir istismar edilən su borularının korroziyaya uğrayaraq sıradan çıxmasıdır. Yalnız alternativ variantla həmin yataqlara suyun verlişini Cəmiyyət tərəfindən təmin etmək mümkündür.

Ümid edirik  illərlə  susuzluqdan  əziyyət  çəkən bu sakinlərin problemi nə vaxtsa  öz həllini tapacaq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun