Fermerlər üçün yenilik

  • SpaceTV
  • 14 Yanvar 2020 12:09

Yanvarın 1-dən tətbiq edilən yeni qaydalara əsasən, fermerlər 6 subsidiya növünü Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən ala biləcəklər. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə  təsdiq edilən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydası artıq qüvvədədir. Bu qayda fermerlərə dövlət dəstəyi olaraq tətbiq edilən əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyalarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilməsini nəzərdə tutur. İlk növbədə verilməsi nəzərdə tutulan əkin və heyvan subsidiyaları üzrə bölmələr EAGRO.AZ portalında Subsidiya İnformasiya Sistemində fermerin şəxsi kabinetində yerləşdirilib.

Bütün subsidiya növləri üzrə fermerlərə veriləcək vəsaitin məbləği artıq müəyyənləşdirilib. Elektron şəxsi kabinetində subsidiya üçün müraciət dolduran hər bir fermer ona düşəcək subsidiyanı müraciəti təsdiqləmədən əvvəl kabinetdəki kalkulyatorla hesablaya biləcək.

Hazırda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində  450 000-dək fermer qeydiyyatdan keçib.

Сəfər Talıb SPACE TV

Paylaş

 Xəbəriniz olsun