Fermerlərə yeni imkanlar

  • Space TV
  • 29 Aprel 2020 16:02

Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar kənd təsərrüfatı texnikalarına tələbat artır. Fermerlərin bu texnikalara əlçatımlığını asanlaşdırmaq üçün dövlət tərəfindən də imkan yaradılır. Azərbaycanda istehsal edilən traktorların ümumi dəyərinin 40 faizi dövlət tərəfindən ödənilir. Yerdə qalan məbləğin isə, 5 il müddətində faizsiz kredit formasında ödənilməsi şansı verilir. Bəs bu güzəştdən hansı fermerlər faydalana bilər?

Traktorlarla yanaşı, qoşqulara, kənd təsərrüfatı aqreqatlarına da güzəşt tətbiq edilir. Bu texnikalar Azərbaycana xaricdan idxal edildiyindən gömrük rüsumlarının 40 faizi dövlət tərəfindən ödənilir. Bununla yanaşı, karantin dövründə fermerlərin paytaxta gəlməsi çətin olduğundan regionlarda səyyar xidmət də həyata keçirilir.   

Qarşıdan gələn biçin mövsümündə Azərbaycanda istehsal edilən ilk kombaynlar biçin aparacaq. Finlandiyanın “Sampo” firmasına məxsus kombaynlar Azərbaycanda yığılaraq fermerlərin istifadəsinə veriləcək. Bu kombaynların da satışına güzəştlər tətbiq ediləcəyi gözlənilir.

Cəfər Talıb SPACE TV

Paylaş

 Xəbəriniz olsun