Fasiləsiz elektrik enerjisi

  • SpaceTV
  • 15 Oktyabr 2019 16:59

Göygöl rayonunun  əsasən dağlıq yaşayış məntəqələrində  və yeni salınan qəsəbələrində elektrik təsərrüfatı yenilənir.  Rayonun Yeni Qızılca qəsəbəsində aparılan tədbirlər çərçivəsində əhalinin daimi elektirik enerjisi təminatı üçün 23 min 696 metrə yaxın yararsız elektrik xəttləri yeni  sip-kabellərlərlə əvəzlənib. Bundan əlavə, həmin  yaşayış massivində 900 -ə yaxın istismara yararsız vəziyyətdə olan elektrik dirəkləri yeniləri ilə əvəz edilib. Aparılan tədbirlərlərlə kəndin elektrik enerjisindəki  problemlər demək olar ki tam aradan qaldırılıb. Sakinlər də bu işlərdən razı qalıblar – qəsəbədə daha işıqlar sönmür, fasilələr yaranmır.

Yeni Qızılca qəsəbəsi ilə yanaşı, rayonun Balçılı, Xəqani, Quşqara, Nadel kəndlərində də elektrik xəttləri yeni sip kabellərlə əvəzlənib, texniki avadanlıq və  dirəklər təzələnib.  4 kənddə yeni elektrik transformatoru quraşdırılıb. Abonentlərin  fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə bağlı işlər hazırda da  davam etdirilməkdədir.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun