“Facebook” və “Messenger” haker hücumuna məruz qaldı

  • Space TV
  • 9 Fevral 2020 09:05

“Facebook” və “Messenger”in rəsmi “Twitter” və “İnstagram” hesabları haker hücumuna məruz qalıb.

SPACE TV xəbər verir ki, hesabları ələ keçirən haker qrupu məqsədlərinin kibertəhlükəsizlik vəziyyətini göstərmək olduğu açıqlamasını verib.

“OurMine” adlı haker qrupu paylaşımında “Facebook”un da hücuma məruz qala biləcəyini deyib.

Artıq sosial media nəhənglərinin hesabları hakerlərdən geri alınıb.

Paylaş

 Xəbəriniz olsun