“Facebook” tibbi maskaların reklamına qadağa qoyub

  • Space TV
  • 7 Mart 2020 11:00

“Facebook” şirkəti sosial şəbəkədə tibbi maskaların reklamına müvəqqəti qadağa qoyub.

SPACE TV xarici mediaya xəbər verir ki, “Facebook” koronavirusdan qorunmaq üçün tibbi maskaya tələbatla əlaqədar spekulyativ hərəkətlərə son qoyulması üçün bu addımı atıb.

Qeyd edək ki, bundan əvvəl də “Facebook” koronavirusdan qorunmaq və xəstəliyin müalicəsi vədi ilə bağlı reklamlara qadağa qoyub.

Paylaş

 Xəbəriniz olsun