“Facebook” siyasi reklamlara qoyulan qadağanı ləğv edir

  • Space TV
  • 5 Mart 2021 10:04

“Facebook” platformasında siyasi reklamlara qoyulan qadağanı ləğv edir.

Bu barədə “The Hill” şirkətin açıqlamasına istinadən xəbər yayır.

“Bu müvəqqəti qadağanı seçki günündən sonra qarışıqlıq və sui-istifadə hallarının qarşısını almaq üçün 2020-ci ilin noyabr seçkilərindən sonra tətbiq etdik”, – deyə şirkətdən bildirilib.

Daha əvvəl “Google” bu ilin yanvarında ABŞ Konqresinin binasına hücumdan sonra tətbiq olunan oxşar qadağanı ləğv edib.

Paylaş

 Xəbəriniz olsun