“Facebook” istifadəçilərə pul ödəyəcək

  • Space TV
  • 27 Noyabr 2019 13:55

Son illərdə istifadəçilərin məlumatlarından istifadə etməsi skandalı ilə gündəmdə olan sosial media nəhəngi “Facebook” bu dəfə təqdim etdiyi yeni tətbiqlə gündəmdədir.

SPACE TV  xarici mediaya istinadən xəbər verir ki, şirkət bazar araşdırma tətbiqi “Viewpoints”i təqdim edib. Burada istifadəçilərə qatıldıqları anketlərə görə ödəniş ediləcək.

“Viewpoints”a qatıldıqdan sonra ad, email ünvanı, ölkə, doğum tarixi və cins məlumatları əlavə edilir. Bundan sonra isə “Programs” olaraq adlandırılan anketlərə qatılmaq mümkün olur. Burada hər anketə görə xal verilir və 1000 xala çatdıqda istifdəçiyə 5 dollar ödəniləcək.

Paylaş

 Xəbəriniz olsun