Fəsil dəyişkənliyinin orqanizmə təsirləri

  • SpaceTV
  • 9 Sentyabr 2019 12:03

Space TV – Hər fəslin öz gözəlliyi olduğu kimi yarada biləcəyi fəsadları da danılmazdır. Birdən-birə isti havaların soyuqla əvəzlənməsi  orqanizmdə  bəzi fəsadlar yaradır . Bu səbəbdən də həkimlər xəbərdarlıq edirlər

Həkimlər bldirir ki, hipertaniya, şəkərli diabet, , ürək- damar xəstəlikləri mövsüm dəyişkənliyində daha ehtiyatlı olmalıdırlar. Çünki fəsil dəyişkənliyi ilə əlaqədar olaraq insan orqanizmində immuntet zəifliyi yaranır və bu zaman  insanların daha  çox  xəstəliyə yoluxma ehtimalları meydana gəlir

Həkim-Terapevt-Rəhilə Əliyeva bildiri ki, “Bunun nəticəsində bronxit, qrip və soyuqdəymə kimi xəstəliklər əmələ gəlir. Fəsil dəyişkənliyini insanlar çəkisindən, orqanizmin imunnitet səviyyəsindən asılı olaraq, müxtəlif cür keçirirlər. Bu, bəzi insanlarda özünü halsızlıq, yorğunluqla büruzə versə də, bəzilərində yuxusuzluq, iştahsızlıq ilə müşahidə olunur”- deyə həkim qeyd edib.

Həkimin sözlərinə görə payız fəslində orqnizmin vitamin və mineral ehtiyacını ödəmək insanları qışda da ağır xəstəliklərdən qoruyur.  Bu fəsildə ən çox  meyvələrdən istifadə etmək  lazımdır. Üzüm, nar, qırmızı giləmeyvə, moruq bir sıra xəstəliklərə tutulma riskini azaldır.

Mütəxəssislər yaşlı nəslin nümayəndələrinə, eləcə də ürək-damar, təzyiqli xəstələrə vaxtında qriplə bağlı peyvəndi olmağı məsləhət görürlər. Hər bir fəslin özünəməxsus xəstəlikləri olsa da, payız soyuqdəymə ilə başlayan və ağır fəsadlar yarada bilən xəstəliklər fəslidir. Çünki bu zaman temperatur dəyişkənliyinə məruz qalan insan orqanizmi zəifləyir, gücdən düşür və temperatur dəyişkənliyinə hazır olmadığı üçün müxtəlif xəstəliklərə yoluxma ehtimalı böyüyür.

Lalə Ülvüqızı – Space

Paylaş

 Xəbəriniz olsun