Fərman İsmayılovun nəşi Librevilə yola salınıb – FOTO

  • Space TV
  • 26 Yanvar 2021 16:59

Nigeriya sahillərində hücuma məruz qalan “Motsart” gəmisində həyatını itirən azərbaycanlı Fərman İsmayılovun nəşi xüsusi təyyarə reysi ilə Qabonun paytaxt Librevilə yola salınıb.

Bu barədə “Haber Global” Türkiyənin Qabondakı səfirliyinə istinadən məlumat verib.

Səfirliyin “Tvitter” hesabında edilən paylaşımda: “Azərbaycanlı qardaşımızın cənazəsi Qabon prezidentinin tapşırığı ilə təşkil edilən xüsusi təyyarə reysilə Port Jantil-dən paytaxt Librevilə göndərilir. Səfir Nilufər Erdəm Qayğısız da təyyarədədir”, – deyə yazılıb.

Paylaş

 Xəbəriniz olsun