Fərdi yaşayış evində yanğın olub

  • SpaceTV
  • 19 Sentyabr 2020 14:13

Cəlilabadda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub. Spacetv.az-ın məlumatına görə, hadisə rayonun Suluçeşmə kəndində baş verib. Belə ki, kənd sakini  Famil Fazil oğlu Əliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evi anidən alovlanıb. Qonşular yanğını söndürməyə cəhd etsələr də bu mümkün olmayıb.  Bu barədə məlumat daxil olan kimi hadisə yerinə FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin 2 yanğnsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğısöndürənlər tərəfindən alov ram edilərək digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar yanaraq yararsız hala düşüb. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal edilir. Faktla bağlı aidiyyati qurumlar tərəfindən araşdırma aparılır.

Təyyar Nəsirli, Vüqar Qaliboğlu. Spacetv.az

Paylaş

 Xəbəriniz olsun