Fərdi yaşayış evi yanıb

  • SpaceTV
  • 19 Oktyabr 2019 18:02

Kürdəmirdə vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verib. Hadisə rayonun Əzizbəyov küçəsi 1- a ünvanında, 1954 –cü il təvəllüdlü rayon sakini – Şirinov İbrahim Ceyhun oğluna məxsus evdə baş verib. Alov əvvəlcə 289 kv metrlik evin zirzəmi hissəsində başlayıb. Evin döşəməsi tamamən yanıb və bu zaman əşyalar da külə dönüb.

Hadisə yerinə FHN-nin Kürdəmir yanğından mühafizə idarəsinin 2 texnikası və 12 nəfər canlı qüvvəsi cəlb b.Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

 VAHİD  FƏXRİ  SPACE TV

Paylaş

 Xəbəriniz olsun