Fərdi yaşayış evi yanıb – VİDEO

  • Space TV
  • 4 Sentyabr 2020 12:51

Ağdaş rayonunda fərdi yaşayış evi yanıb. Space TV-nin xəbərinə görə hadisə rayonun Aşağı Ləki kəndində qeydə alınıb. Kənd sakini 1959-cu il təvvəllüdlü Abdulla Yusifova məxsus ümumi sahəsi 220 kv olan 4 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN Ağdaş Dövlət yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ev və içərisindəki əşyalar yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun