Fərdi sahibkarlara maliyyə dəstəyinə başlanılıb – VİDEO

  • Space TV
  • 13 Avqust 2020 15:13

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fərdi sahibkarlara vəsaitlərin köçürülməsi ilə bağlı prosesə start verilib.

Space TV-nin xəbərinə görə, avqustun 11-dən başlayaraq daha 49.421 fərdi sahibkarın bank hesablarına maliyyə vəsaitinin  köçürülməsinə başlanılıb.  Yaxın zamanlarda isə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi prosesinə başlanılacaq.

Qeyd edək ki, maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Paylaş

 Xəbəriniz olsun