Fərasətli sürücü qadının intiharının qarşısını belə aldı

  • Space TV
  • 21 Dekabr 2019 12:21

Özünü atmaq istəyən qadının intiharının qarşısını almaq üçün sürücü yük maşınını körpünün altında saxlayıb.

Bu barədə “Mirror” xəbər yayıb.

Hadisə Dublin yaxınlığında qeydə alınıb. Bununla bağlı “Facebook”da yayımlanan fotolardan görünür ki, naməlum qadın şəhərlərarası yolun üzərindəki körpünün üzərinə çıxıb.

Fərasətli TIR sürücüsü isə onun özünü ata biləcəyini düşünərək, yük maşınını körpünün altında saxlayıb.

Qeyd edək ki, baş verənlər həmin vaxt yolda olan şahidlər tərəfindən lentə alınıb. 

Sosial şəbəkə istifadəçiləri naməlum sürücünü qəhrəman elan ediblər.

Paylaş

 Xəbəriniz olsun