Fərəh Əliyevadan çağırış – Bu müsabiqədə iştirak edin!

  • Space TV
  • 27 Dekabr 2019 10:48

Biz “Yüksəliş” müsabiqəsində müsabiqənin şərtləri çərçivəsində hamını iştirak etməyə çağırırıq.

SPACE TV-in məlumatına görə, bunu “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva deyib. 

O bildirib ki, “Yüksəliş” müsabiqəsində şəffaflıq təmin olunacaq. 

F.Əliyevanın sözlərinə görə, “Yüksəliş” müsabiqəsi prezidentin həyata keçirdiyi islahatların tərkib hissəsidir.

“Bu müsabiqə kadr ehtiyatı bankının yaradılmasını təmin edən açıq müsabiqədir”, – deyə F.Əliyeva əlavə edib. 

Paylaş

 Xəbəriniz olsun