“Fənərbaxça”dan Mandzukiçə sərfəli təklif

  • SpaceTV
  • 15 Sentyabr 2020 17:46

“Yuventus”un sabiq hücumçusu, hazırda azad agent statusuna malik olan xorvatiyalı  hücumçu Mario Mandzukiç “Fənərbaxça” klubundan sərfəli təklif alıb.

Spacetv.az xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Əkrəm Konur öz “Twitter” səhifəsində məlumat yayıb.

Jurnalist yazır ki, İstanbul klubunun rəhbərliyi 34 yaşlı futbolçuya 3,5 milyon avro dəyərində müqavilə təklif edib.

Ə.Konur qeyd edir ki, bu M.Mandzukiçə azad agent statusu əldə etdikdən sonra gələn ən sərfəli təklifdir.

Xorvatiyalı hücumçu ilə Rusiyanın “Lokomotiv” klubu da maraqlanır.

“Qırmızı-yaşıllar” M.Mandzukiçə görə 2,7 milyon avrodan keçməyə hazır olduqlarını bildiribdilər.

Paylaş

 Xəbəriniz olsun