“Fənərbağça” yeni hücumçu ilə müqavilə imzaladı

  • SpaceTV
  • 25 Sentyabr 2020 11:32

Türkiyənin “Fənərbağça” klubu yeni transferini açıqlayıb. 

Spacetv.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə “Aston Villa”sından Mbvana Samattanı heyətinə qatıb. 

“Sarı-göylər” 27 yaşlı tanzayalı hücumçu ilə 4 illik müqavilə imzalayıb. Bu keçid qarşılığında “Aston Villa”ya 6 milyon avro ödəniləcək. 

Samatta 2021-ci ilin yayınadək icarə əsasında “Fənərbağça”da oynayacaq, daha sonra kluba transferi rəsmiləşəcək. 

Qeyd edək ki, Mbvana Samatta “Aston Villa”ya bu ilin əvvəlində keçmişdi. 

Paylaş

 Xəbəriniz olsun