“Fənərbağça” rusiyalı hücumçunu icarəyə götürdü

  • Space TV
  • 18 Avqust 2020 14:43

Rusiyanın “Lokomotiv” klubunun hücumçusu Fyodor Smolov karyerasını “Fənərbağça” klubunda davam etdirməyə yaxındır.

Spacetv.az “Takvim” agentliyinə istinadən xəbər verir ki, İstanbul klubunun rəhbərliyi “Lokomotiv” klubu və 30 yaşlı futbolçunun agenti ilə müqavilənin şərtlərini razılaşdırıb.

“Fənərbağça” klubu F.Smolovu dörd milyon avroya birbaşa transfer etmək hüququnu əlində saxlamaq şərti ilə, bir milyona avroya icarəyə götürüb.

Rusiya millisinin sabiq üzvünün qazancı isə, bonusları çıxmaq şərti ilə, 1,5 milyon avro təşkil edəcək.

Paylaş

 Xəbəriniz olsun