Fəhlələri daşıyan yük maşını aşdı: 16 nəfər həlak olub

  • Space TV
  • 16 Fevral 2021 10:17

Hindistanın Maxaraştra ştatında yük maşınının aşması nəticəsində 16 nəfər həlak olub, beş nəfər ağır yaralanıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Maxaraştra ştatının polis idarəsi məlumat yayıb.

Həlak olanların arasında bir nəfər üç yaşlı uşaq da var. Digər ölənlər və yaralılar gecə saatlarında iş növbəsindən qayıdan fəhlələr olub. Onlar yük maşınının kuzovunda olublar. 

Paylaş

 Xəbəriniz olsun