Eyvan uçdu -FOTO

  • SpaceTV
  • 20 Avqust 2019 16:31

Şirvanda yaşayış binasının eyvanı uçması nəticəsində 1 nəfər xəsarət alıb.

Space TV-nin xüsusi müxbiri məlumat verir ki, hadisə Şirvan şəhər Nərimanov küçəsi 9, mənzil 19-da qeydə alınıb. Belə ki, həmin ünvanda 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan Şirvan şəhər sakini, 65 yaşlı Lətifə Şirinova qəzalı vəziyyətdə olan eyvanda ikən anidən uçub. Eyvanın uçması nəticəsində Lətifə Şirinova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 Mənzildə köməksiz qalan Lətifə  Şirinovanın qızı, 36 yaşlı Yeganə Şirinovanı çıxartmaq üçün hadisə yerinə FHN-nin Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları gəlib. FHN əəkdaşları tərəfindən  Yeganə Şirinova xilas edilib.

 Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli -Space

Paylaş

 Xəbəriniz olsun