Evlilik yaşı artır

  • SpaceTV
  • 9 Dekabr 2019 18:10

Azərbaycanda evlilik yaşı artır. Gənclər artıq əvvəlki kimi 20 yaşlarda ailə həyatı qurmurlar. Əgər bir neçə il əvvəl Azərbaycanda nikaha daxil olan kişilərin orta yaş həddi 27,9, qadınların orta yaş həddi isə 23,9 idisə indi bu rəqəm bir qədər də artıb.

Əlbəttə ki, evlilik insan həyatının ən çətin, məsuliyyətli qərar vermə anlarından biridir. Ailə, qadın və uçşaq problemləri üzrə dövlət komitəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirdi ki, gənclər evlilik qərarı verərəkən  çox diqqətli olmağı seçir.

Psixoloqlar bildirir ki, ölkədə evlilik yaşının artması onu göstərir ki, çevrələrində olan insanlara, ətraf mühitə, gördüyü hadisələrə  şahid olduğu vəziyyətlərə görə gənclərdə qorxu hisssi yaranır. Burada xəbər proqramlarında, saytlarda müxtəlif hadisələr – ailə daxili qısqanclıq zəmnində münaqişlər, fiziki və psixoloji şiddət kimi hadisələrin yer alması da mühüm rol oynayır. Yəni gənclər bu kimi hadisələrdən örnək götürüb tez evliliyə can atmırlar.

Əgər bir neçə il əvvəl gənclər sadəcə “sevdiyimi, yarımı tapdım”  deyirdisə,  indi isə “sosial durumumuz necə olacaq, bu sosialda durumda sevgi qalacaqmı, ailəni idarə edə bilmərəm” kimi suallar və fikirlər formalaşır.

Son zamanlar dünyada da evlilik yaşı artıb.Qərb ölkələrində qadınlar əsasən 35 yaşdan sonra ailə həyatı qururlar. İsveç Avropada subay sayına görə birinci yeri tutur. İsveçdəki evlərin yarıya qədərində subaylar yaşayır. Digər Avropa ölkələrində isə bu göstərici üçdə birə bərabərdir.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun