Evlərin icbari sığortalanması

  • SpaceTV
  • 23 Yanvar 2020 16:13

Bu ilin ən vacib yeniliklərindən olan evlərin icbari sığortalanması bir çox insanın ağlında suallar yaratdı.  Insanları ilk düşündürən məsələlərdən biri  sığortalanmayan evlərin necə cərimələnəcəyi oldu.

Ölədə təxminən 3 milyon mənzil var.  Xəbər verdiyimiz kimi evlərin icbari sığortası Bakıda 50 manat, böyük şəhərlərdə 40 manat, rayonlarda isə illik 30 manat müəyyən edilib.  Təxminən 3 milyon mənzil orta hesabla 40 manatdan sığorta edilsə bu illik 120 milyon manatın yığılması deməkdir.

Ölkə ərazisində il ərzində evlərin yanması, uçması xəbərlərini eşidirik. Lakin tez tez yox. Orta hesabla il ərzində uzağı ayda 2 dəfə belə xəbər eşidə bilərik. Bu da ildə 24 belə hadisə deməkdir. Sığorta şirkətlərinin 50 manatlıq icbari sığorta müqabilində dəymiş ziyana maksimum 25000 manat ödəyəcəyini nəzərə alsaq. 24 hadisənin maksimum ödənişi 600 000 manat edir. Yaxşı, bir ildə 24 yox, ilin 365 günü fərqli bu tip xəbər alsaq yenə də dəymiş ziyanı maksimum məbləğlə qarşılaşdırsaq bu zaman bu rəqəm 9.125.000 manat təşkil edəcək.  Bir qədər əvvəl isə evlərin icbari sığortasından bir il ərzində gələn gəliri nəzərinizə çatdırdıq. ( ekranda 120.000.000 yazılacaq) Sual yaranır bir ilin hər günü biz belə xəbərlər eşitsək və bu hadisələrdə dəymiş zərər maksimum məbləğlə qarşılaşsa belə , çəkilən xərcin sığorta zamanı yığılan məbləğdən təxminən 13 dəfə az olduğun görürük. Bəs bunun səbəbi nədir?

Ekspertlər həmçinin bildirir ki, sığorta üçün müəyyən edilən məbləğ ondan 2 dəfə az olsa belə ölkəmizdə başverə biləcək belə hadisələrdə dəymiş zərəri qarşılamağa bəs edər. Lakin nəinki 2 dəfə etdiyimiz hesablamalara əsasən o qənaətə gələ bilərik ki, ölkəmizdə evlərin, 5 manatla da tam mümkündür.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun