Evlənmək istədilər, QİÇS olduqları üzə çıxdı

  • Space TV
  • 9 Yanvar 2020 11:55

Dekabr ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 36 nəfərdə sifilis, 15 nəfərdə isə QİÇS aşkar edilib.

Bunu SPACE TV-ə açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, ötən ay ərzində ümumilikdə nikaha daxil olmaq istəyən 9149 nəfərin icbari tibbi müayinəsi həyata keçirilib:

“265 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan üç cütlük müəyyənləşdirilib”.

Z.Əlimirzəyeva bildirib ki, 2019-cu il ərzində nikaha daxil olmaq üçün 135551 nəfər müayinədən keçib:

“Onlardan 3658 nəfərdə talassemiya daşıyıcılığı, 381 nəfərdə sifilis, 150 nəfərdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 46 olub. 

2015-ci ildən indiyədək 635364 nəfərdə qan müayinəsi aparılıb.

21893 cütlükdən birində talassemiya daşıyıcılığı, 235 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2109 nəfərdə sifilis, 605 nəfərdə HİV(QİÇS) qeydə alınıb.

Qeyd edək ki, 1 iyun 2015-ci ildən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.

Paylaş

 Xəbəriniz olsun