Evinin qarşısının qardan təmizlənməsi üçün atalığını “öldürdü”

  • Space TV
  • 16 Fevral 2021 10:19

Ukraynalı kişi evinin qarşısının qardan təmizlənməsi üçün cinayətini “etiraf edib”.

Bu barədə “Xarkov Life” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, Çerniqov vilayətindən olan kişi polis idarəsinə zəng edərək  atalığını sinəsindən bıçaqladığını bildirib. O, həmçinin yollar bağlandığı üçün xüsusi texnika ilə gəlmək lazım olduğunu vurğulayıb.

Xüsusi xidmət orqanları qar təmizləyən maşında “hadisə yerinə” gəldikdə isə 34 yaşlı ukraynalı yalan dediyini və evinin qarşısını qardan təmizləmək üçün belə bir addım atdığını bildirib.

Yalan çağırış üçün kişini cərimə gözləyir.

Paylaş

 Xəbəriniz olsun