Evini sığorta etməyənlər cərimələnəcək ?

  • SpaceTV
  • 14 Yanvar 2020 12:06

Paytaxtda, eləcə də digər şəhər və rayonlarda daşınmaz əmlaka sahib olanlar yaxın vaxtlarda cərimələnə bilər. Buna əsas yaradan səbəb daşınmaz əmlakın icbari sığortası barədə qanuna edilən və yanvarın 1-dən qüvvəyə minən düzəlişdir. Söhbət mənzillərin icbari sığortalanmasından gedir. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30, vəzifəli şəxslərə 80, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə nəzərdə tutulub. Lakin prossesə yeni başlanıldığından yanvar ayında cərimələr tətbiq edilməyəcək.

Vəziyyətdən istifadə edən sığorta şirkətləri vətəndaşları cərimə ilə hədələyərək sığortaya cəlb edirlər. İqtisadçı Vüqar Bayramov sığorta şirkətlərinin yalnız məlumatlardırmaq hüququnun olduğunu deyir. Gələcədə sığortasız evlərin cərimələnməsinə gəldikdə isə, bu yalnız elektron çıxarışları olan mənzillərə tətbiq ediləcək. Köhnə evlərin çıxarışları elektron bazada olmadığından cərimə edilə bilməz.

Onu da bildirək ki, hazırda daşınmaz əmlakın icbari sığortasını bunun üçün lisenziya almış 12 şirkət icra edə bilər. Evlərin icbari sığortası zamanı, əgər mənzilin sığortası yoxdursa, mənzil sahibinin e-mail ünvanına və yaxud telefonuna mesaj göndəriləcək. İlkin hesablamalara görə, daşınmaz əmlaka görə icbari sığortanın tətbiqi ilin sonanadək təxminən 40 milyon manat sığorta haqqının toplanmasını təmin edəcək.

Cəfər Talıb SPACE TV

Paylaş

 Xəbəriniz olsun