Evini muzeyə çevirən müəllim

  • SpaceTV
  • 14 Noyabr 2019 15:30

Lahıc qəsəbə sakini Gültəkin Məmmədova uzun müddət ibditai sinif müəlliməsi olmasına baxmayaraq, qədim əşyaların toplanmasına olan maraq onda hobbiyə çevrilib. Evin xüsusi guşəsində keçən əsrlərdən qalan müxtəlif xalçalar, antik əşyalar insanlarda xüsusi maraq yaradır. Kolleksiyada yer alan əşyalar, əsasən, XVIII əsrə aid olduğu bildirilir. Gültəkin müəllimə muzeydə topladığı antikvar və 13 il müddətinə toxuduğu ” Ömər -Xəyyam” xalçasını müxtəlif şəhər və rayonlarda yaradılan sərgilərdə nümayiş etdirib. Sədası, hətta, xarici turistlərə qədər çatan “Ömər-Xəyyam” xalçasına külli miqdarda pul da təklif edilib. Amma Gültəkin Məmmədova satmayıb. Əl əməyinin ölkəmizdən kənara çıxmasını istəmədiyini deyib.

Lahıca gələn yerli və xarici turistlərin əksəriyyəti yaradılan muzeyə baxış keçirir. Ev şəraitindəki muzeyin daxilində qədimi əşya və  əllə toxunan xalça onlarda xüsusi maraq oyadır

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun