Evində iş görən kişinin boğazı kəsilib

  • SpaceTV
  • 18 Oktyabr 2019 11:47

Suraxanı rayonunda 47 yaşlı kişi ehtiyatsızlıqdan xəsarət alıb. Hadisə A.Rzayev küçəsində baş verib.

1972-ci il təvəllüdlü Şəfiyev Bəylər Xanlar oğlu yaşadığı evin həyətində iş görən zaman yıxılıb. Bu zaman kəsici alət onun boğaz nahiyəsinə xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. B.Şəfiyevə boyunun sol nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun