Evində 140 ilan bəsləyən qadını piton boğdu

  • SpaceTV
  • 1 Noyabr 2019 13:12

ABŞ-ın İndiana əyalətində yaşayan 36 yaşlı Laura Harst gecə evində boynuna dolanan ilanla ölü halda tapılıb.

SPACE TV xarici mediaya istinadən xəbər verir ki, Oksford şəhərində meydana gələn hadisədə ilan bəsləyən Laura Harst boynuna dolanan piton ilanı tərəfindən öldürülüb. Qadının evində 140 ilan tapılıb. Evin özəl olaraq ilan bəsləmək üçün qurulduğu məlum olub.

Polis qadının ilan tərəfindən boğularaq öldürüldüyü ehtimalının böyük olduğunu hesab edib.

Paylaş

 Xəbəriniz olsun