Evin üstünə qaya düşdü

  • SpaceTV
  • 7 Dekabr 2019 14:57

Türkiyənin Tunceli vilayətində qaya parçası dağdan qoparaq yaşayış evinə düşüb.

DHA-nın məlumatına görə, Yuxarıbudaq kəndində Suat Doğanın iki uşağı və arvadı ilə yaşadığı ev yararsız hala düşüb.

Hadisə baş verən zaman Dilək adlı ana və onun yeddi yaşlı oğlu evdə olub.

Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Yerli icra orqanından bildirilib ki, dəyən maddi zərər ödəniləcək.

Paylaş

 Xəbəriniz olsun