Evin tualetindən timsah çıxdı

  • SpaceTV
  • 7 Noyabr 2019 16:42

Hindistanda qəribə hadisə baş verib. Qucarat ştatının Vadodar şəhərində timsah yaşayış evinin sanitar qovşağına girib.

Tualetdən səs gəldiyini eşidən ev sahibi, orada pişik olduğunu düşünüb. Lakin içəri daxil olarkən bir küncündən ona tamaşa edən timsahla qarşılaşıb, dərhal müvafiq qurumlara xəbər verib.

Xilasedicilərin timsahı ram etməsi təxminən bir saat çəkib. Onlar bunu timsahın aqressivliyi ilə əlaqələndiriblər.

1,2 metr uzunluğu olan timsahın yaşayış evinin tualetinə yaxınlıqda olan Vişvamitri çayından gəldiyi güman edilir.

Paylaş

 Xəbəriniz olsun